Azərbaycan xalçası nümunələrinin müxtəlif vaxtlarda ermənilər tərəfindən özününküləşdirilməsinə dair çoxlu faktlar məlumdur. Bu istiqamətdə daim araşdırmalar aparan Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Dövlət Muzeyinin direktoru Röya Tağıyevanın sözlərinə görə, Azərbaycan xalçaları xaricdə tək erməni xalçaları kimi deyil, bəzən kürd, İran, Qafqaz xalçaları kimi də təqdim olunur.
(Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi haqqında)
Azərbaycan xalqına məxsus əqli mülkiyyət 200 ildən artıqdır ki, ermənilər tərəfindən oğurlanaraq mənimsənilir. Bu faktların qarşısını almaq üçün dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər olunub. Bununla yanaşı erməni təbliğat maşınını ifşa etmək üçün ingilis, rus və başqa dillərdə kitablar da nəşr olunub. Belə kitablarda biri Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov tərəfindən yazılan “Gəldim, gördüm,... mənimsədim” adlanır.